Azərbaycanın gənc startapı olan “Coffeein” önəmli uğura imza atıb.
Belə ki, onlar artıq ölkəxaricinə çıxaraq fəaliyyət dairələrini genişləndirməyə başlayıblar. İlkin olaraq Coffeein Kanadada fəaliyyətə başlayır. Tezliklə tətbiq həmin ölkə ərazisində yaşayanlar üçün əlçatan olacaq və burada yaşayan istifadəçilər də limitsiz kofe almaq imkanının dadını çıxara biləcəklər.
Startapın yaradıcıları qeyd edir ki, Kanada, onların həm qlobal arenada Azərbaycan startaplarının potensialını nümayiş etdirmək, həm də kofesevənləri bir araya gətirmək üçün əzmkarlığının bariz nümunəsidir.
Bu, yalnız başlanğıcdır və onlar inanır ki, Coffeein-in unikal kofe təcrübəsi, şəbəkələşmə və premium imkanları ilə yeni bazarlara da daxil olmağa davam edəcəklər.
Startap-la bağlı ikinci gözəl xəbər isə, Coffeein-in “Startap” şəhadətnaməsi almasıdır.
Belə ki, Coffeein layihənin inkişaf mərhələsi üçün mikro və kiçik sahibkarlıq subyektlərinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfindən 3 illik müddətə təqdim olunan Startap şəhadətnaməsini əldə edib.
Coffeein tətbiqi özündə bir neçə xüsusiyyəti cəmləşdirən tətbiqdir.
Onun vasitəsilə siz ayda endirimli qiymətlə cəmi 107AZN ödəyərək, 1 ay ərzində hər gün 5 saatdan bir 1 ədəd olmaqla LİMİTSİZ kofe almaq fürsəti əldə edirsiniz.
Həmçinin balansınıza məbləğ yükləyərək 100-dən çox partnyorda QR vasitəsilə ödəniş edərək 10-20% arası yüksək keşbek qazana bilərsiniz. Balansla tək kofe deyil, digər içkiləri və yeməklərin ödənişlərini həyata keçirmək mümkündür.
Premium abunəlik çərçivəsində istifadəçilər partnyora getmədən və ya məkanda əyləşərək məsafədən kofe sifariş edə, onun hazırlanma müddətini təyin edə bilərlər.
Tətbiqin həmçinin yeni funksiyası da var. Belə ki, Coffeein istifadəçisi olan dostunuzun balansına məbləğ köçürə və ya ona aylıq abunəlik hədiyyə edə bilərsiniz.
Tətbiqi buradan yükləyə bilərsiniz:
https://coffeein.az/app