Az | EN

Royal Match, developed by the Turks, brought the revenue of the game to 2 billion dollars

Nail Valiyev
25 December 2023 12:15
955 views
Royal Match, developed by the Turks, brought the revenue of the game to 2 billion dollars

Türkiyənin oyun startapı Dream Games tərəfindən buraxılan Royal Match rəng uyğunlaşdırma oyunu 12 ay ərzində ən çox istifadəçilərin ən çox pul xərclədiyi mobil oyun olaraq tarixə düşüb

Mobil oyun sənayesinin tənəzzülə uğradığı bir vaxtda Royal Match ümumi gəlirini 2 milyard dollara çatdırıb. Dream Games 2021-ci ildə Pixar qurucusu Ed Catmull-un mentorluğu altında yaradılıb və Royal Match, rəng uyğunluğu və əyləncəli  oyun sistemi ilə 55 milyon aktiv istifadəçini cəlb etməyi bacarıb.

O, əfsanəvi Candy Crush Saga-nı üstələyib. Candy Crush Saga təxminən 12 illik dövrdə cəmi 6 ay istisna olmaqla, istifadəçilərin ardıcıl 127 ay ərzində ən çox pul xərclədiyi oyun olub. Bu müddət ərzində oyun 20 milyard dollara yaxın gəlir əldə edib. Royal Match isə istifadəçilərin son 12 ayda ən çox pul xərclədiyi oyun olub.

Mobil oyun sənayesinin tənəzzülə uğradığı bir dövrdə Royal Match ümumi gəlirini 2 milyard dollara çatdırıb.

© copyright 2022 | tech.az | info@tech.az