Koronavirus səbəbiylə internetdən istifadənin artması xakerləri də hərəkətə keçirib. Xüsusilə, 2020-ci ildə kiberhücumların sayında rekord artım qeydə alınıb. Koronavirusla birlikdə artan kiberhücumlar bu gün də intensiv şəkildə davam edir.
Bildirilir ki, 1 milyondan çox kredit kartı məlumatı oğurlanıb. Xakerlər oğurladıqları kredit kartı məlumatlarını internetdə paylaşıblar.
Bleeping Computer tərəfindən nəşr olunan hesabata görə, məlumatlara kart nömrələri, son istifadə tarixləri, CVV nömrələri, kart sahibinin adları, bank adları, kart növləri, fiziki ünvanlar, e-poçt ünvanları və telefon nömrələri aiddir.
Kart məlumatları oğurlanan istifadəçilərin əksəriyyəti ABŞ-da qeydiyyatdadır. Bundan əlavə, Hindistan, Braziliya, Böyük Britaniya, Meksika, Avstraliya, İspaniya və Çin vətəndaşları da bu hücumdan zərər çəkib.