Kairan Quazi adlı 14 yaşlı oğlan bu ay Santa Clara Universitetinin Mühəndislik Məktəbini bitirdikdən sonra yaxın günlərdə SpaceX-in heyətinə qoşulacaq.
Hər şey planlaşdırıldığı kimi getsə, Quazi gələn ayın əvvəlində peyk rabitəsi və kosmik gəmi istehsalçılığı üzrə proqram mühəndisi kimi işə başlayacaq. Gəncin Starlink üzərində çalışmalar aparacağı da bildirilir.
Kompüter Elmləri və Mühəndisliyi məzunu olan Kairan Quazi Pleasantonda yaşayıb. Gənc yeni işinə getmək üçün yaxın günlərdə Vaşinqton ştatına köçəcək.