Az | EN

2021-ci ildə kriptovalyuta fırıldaqçılığı səbəbindən itirilmiş pulların miqdarı məlum olub

Bənövşə Kazımova
04 İyun 2022 13:30
235 baxış
2021-ci ildə kriptovalyuta fırıldaqçılığı səbəbindən itirilmiş pulların miqdarı məlum olub

Federal Ticarət Komissiyası (FTC) 2021-ci ildə ABŞ-da kriptovalyuta fırıldaqları nəticəsində itirilmiş pulların miqdarını açıqlayıb.

Hesabata görə, 2021-ci ilin əvvəlindən bəri 46 mindən çox insan 1 milyard dollardan çox itki verib. Bu məbləğ fərdi hesablandıqda adambaşına 2 min 600 dollar düşdüyünü göstərir.

Həmçinin fırıldaqçıların ən çox üstünlük verdiyi kriptovalyutaların adları da açıqlanıb. FTC-nin məlumatına görə, fırıldaqçılığın 70%-i Bitcoin, 10%-i Tether və 9%-i Ethereum üzərindən baş verib. Eyni zamanda bu sahədə ən çox üstünlük verilən üsul sərmayə vədi ilə insanları aldatmaq olub. Ötən il minlərlə insan bu vəddən ümumilikdə 575 milyon dollar itirib.

Qeyd olunub ki, kriptovalyuta fırıldaqları üçün sosial media və tanışlıq proqramlarından da istifadə edilib. Hesabatda 2021-ci ildə bu proqramlar üzərində qurulan saxta romantik münasibətlər nəticəsində 185 milyon dollar itirildiyi vurğulanıb.

© copyright 2022 | tech.az | info@tech.az