Az | EN

2023-cü ildə Azərkosmos 18 milyon dollardan çox həcmdə xidmət ixrac edib

Cəmil Hüseynzadə
04 Yanvar 2024 03:27
291 baxış
2023-cü ildə Azərkosmos 18 milyon dollardan çox həcmdə xidmət ixrac edib

Yeni nəsil xidmət ixracı hesab edilən peyktelekommunikasiya xidmətləri xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir. 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 48 ölkəsinə 18 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos” xidmət ixracından əldə etdiyigəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin noyabr ayında isə “Azərkosmos” dünyanın 44 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmətixrac edib. 2023-cü ilin yanvar-noyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 5,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,7 milyon ABŞ dolları ilə Lüksemburq, 1,5milyon ABŞ dolları ilə BƏƏ, 959,4 min ABŞ dolları ilə Almaniya və 675,8 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

© copyright 2022 | tech.az | info@tech.az