2025-ci ilə qədər “Moskviç” zavodunun elektromobil istehsalına başlayacağı bildirilir.
“Biz Rusiyada işlənib hazırlanmış, öz akkumulyatoruna malik olan öz modelimizə sahib olmağı planlaşdırırıq”, – deyə Moskva merinin nəqliyyat üzrə müavini Maksim Liksutov açıqlamasında qeyd edib.
Liksutovun sözlərinə görə, “Moskviç” zavodunun texnoloji tərəfdaşı “KamAZ” ciddi mühəndislik potensialına, bilik və bacarıqlarına malikdir.
Hazırda “Moskviç” brendi xəttində yalnız bir model var – benzinli daxili yanma mühərrikli “Moskviç 3” krossoveri və “Moskviş 3e” elektrik avtomobili. Cari ildə Moskviç 6 sedanının və adı açıqlanmayan krossoverin debütü planlaşdırılır.