StartupCentrum-un “2025-ci ilin III rübü Türkiyə Startup Ekosistemi İnvestisiya Hesabatı”na görə, ilin yanvar-sentyabr aylarında Türkiyə startap ekosistemində 240 investisiya turu baş tutub və ümumilikdə 475 milyon dollar yatırım edilib. Ən çox əməliyyat sağlamlıq, biotexnologiya, oyun, fintek və istehsal texnologiyaları sahələrində qeydə alınıb.
İşlem həcminə görə fintek 197,9 milyon dollar ilə lider olub, onu oyun (149,8 milyon dollar) və istehsal texnologiyaları (12,4 milyon dollar) izləyib. Süni intellekt startaplarının payı son 5 ildə 17,7%-ə çatıb və müxtəlif sahələrdə innovasiyaların əsasını təşkil etməyə davam edəcək.
Yatırımlar Anadolu bölgəsinə yayılır, İstanbul, Ankara və İzmir liderliyi qoruyur, Kocaeli isə BİGG dəstəyi ilə artım göstərib. 65 xarici investor iştirak edib və onlar daha çox olgun və genişlənmə potensialı yüksək şirkətlərə maraq göstərir. Ekspertlər isə investisiyaların keyfiyyətinin artacağını və 2026-da erkən mərhələdə tədrici bərpa gözlənildiyini bildirir.
