Türkiyə 2030-cu ilə qədər 1 milyon “TOGG” elektrikli avtomobili istehsal edəcək.
Verilən məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-nin birgə yayınmındakı müsahibəsində bildirib. Avtomobil haqqında danışan Ərdoğan indiyə qədər nə qədər sifariş alındığını və bu il nə qədər avtomobil istehsal ediləcəyini bildirib. O, verdiyi açıqlamada indiyədək avtonobil üçün 80 min sifariş gəldiyini, eləcə də bu ilin sonuna qədər 20 min “TOGG” istehsal olacağını qeyd edib.
Bundan əlavə, o bildirib ki, 2030-cu ilə qədər 1 milyon TOGG avtomobili istehsal ediləcək.