tech.az Banker.az-a əsasən xəbər verir ki, rus xakkerlər ABŞ-ın ən böyük bankı "J.P. Morgan"ı "hack" ediblər.
Hücum nəticəsində bankın rəqəmsal iqtisadi sistemi çöküb. Belə ki, müştərilər bank əməliyyatlarını idarə edə, öz aktivlərini sata, pul vəsaitlərinin hərəkətinə nəzarət edə və ödəniş əməliyyatlarını koordinasiya edə bilmirlər. Bank işçiləri isə müştəri qərarları, ödəniş əməliyyatlarının təsdiqi və bir sıra platformalar haqqında məlumatlardan məhrum olublar.
Əlavə olaraq qeyd edək ki, dünyada investisiya mütəxəssislərinə lazım olan “J.P. Morgan ACCESS”in xidmətindən də istifadəçilər məhrum olublar.