Az | EN

ABŞ-ın maliyyə qurumlarına edilən "ransomware" hücumlarında artım müşahidə olunub

Bənövşə Kazımova
02 Noyabr 2022 16:14
319 baxış
ABŞ-ın maliyyə qurumlarına edilən "ransomware" hücumlarında artım müşahidə olunub

ABŞ Maliyyə Departamentinin Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Bölməsi (FinCEN) ABŞ bankları və maliyyə qurumlarının keçən il ransomware ilə bağlı hesabatlarında 1,2 milyard dollarlıq hücum olduğu bildirilib.

FinCEN ABŞ-da kritik infrastruktura qarşı ransomware hücumlarının sayının artması ilə əlaqədar yeni hesabat dərc edib. Hesabatda bildirilir ki, 2020-ci ildən etibarən ransomware hücumları əhəmiyyətli dərəcədə artıb. Hesabata görə, FinCEN ötən il ransomware ilə bağlı 1489 bildiriş alıb ki, onların dəyəri 2020-ci ilə nisbətən 188% artaraq 1,2 milyard dollara çatıb. Bundan əlavə, hesabatda 2021-ci ilin ikinci yarısında FinCen-ə bildirilən ransomware ilə bağlı hücumların təxminən 75 faizinin Rusiya ilə əlaqəli olduğu qeyd edilib.

Məlumat üçün vurğulayaq ki, ransomware istifadəçi və ya təşkilatın sənədlər, şəkillər, videolar, verilənlər bazası və s. daxil olmaqla, mühüm məlumatlarını şifrələyən və istifadəçidən ehtiyat nüsxələrini silən və ya təşkilat məlumatını qaytarmaq üçün “fidyə” ödənişini tələb edən zərərli proqram növüdür.

© copyright 2022 | tech.az | info@tech.az