Az | EN

ABŞ və Yaponiya birgə nüvə reaktorları tikəcək

Bənövşə Kazımova
12 Yanvar 2023 16:02
345 baxış
ABŞ və Yaponiya birgə nüvə reaktorları tikəcək

Son zamanlar nüvə reaktorlarına investisiya yatıran ölkələrin sayında artım müşahidə olunur. İndi də ABŞ və Yaponiya yeni nəsil nüvə reaktorlarının, o cümlədən kiçik modul tipli reaktorların hazırlanmasında və tikintisində əməkdaşlıq edəcəklər.

Məsələ ilə bağlı Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Nişimura Yasutoşi Vaşinqtona səfəri zamanı ABŞ-ın enerji naziri Cennifer Qranholm ilə görüşüb. Nazirlərin birgə bəyanatına görə, Yaponiya və ABŞ yeni nəsil və müasir nüvə reaktorlarının, o cümlədən kiçik modul tipli reaktorların hazırlanması və tikintisi sahəsində əməkdaşlıq etmək qərarına gəliblər.

Yaponiya naziri Nişimura jurnalistlərə deyib ki, Birləşmiş Ştatlar ölkəsinin “dekarbonizasiyanı artıracaq siyasət dəyişikliyini” alqışlayır. O, "Biz mövcud reaktorlardan tam istifadə etmək və daha güclü təchizat zəncirləri qurmaq üçün əməkdaşlıq imkanlarını (ABŞ ilə) daha da genişləndirəcəyik", - deyə açıqlamasında bildirib.

© copyright 2022 | tech.az | info@tech.az