Az | EN

Alman startapı Ecosia “Chrome”u 10 il müddətinə idarə etməyi təklif edib

Nigar Sultanli
22 Avqust 2025 12:10
68 baxış
Alman startapı Ecosia “Chrome”u 10 il müddətinə idarə etməyi təklif edib

Alman startapı Ecosia Google-a maraqlı təklif verib. Startap Chrome brauzerini satmaq əvəzinə, onu 10 illik müddətə idarə etmək hüququnu onlara verməsini istəyir.

Məsələ ABŞ-də Google-un inhisarçılıq işi çərçivəsində müzakirə olunur. ABŞ Ədliyyə Nazirliyi Google-dan Chrome-dan imtina etməsini tələb edir. Brauzerlə maraqlanan şirkətlər arasında OpenAI və Perplexity də var. Hətta Perplexity 34,5 milyard dollarlıq təklif irəli sürüb.

Ecosia isə fərqli yanaşma təklif edir. Onların hesablamalarına görə, Chrome önümüzdəki 10 il ərzində 1 trilyon dollar gəlir gətirə bilər. Bunun 60%-i (təxminən 600 milyard dollar) ekoloji layihələrə yönəldiləcək, qalan 40%-i (təxminən 400 milyard dollar) isə Google-da qalacaq.

Ecosia bildirir ki, Chrome-un sahibi yenə də Google olaraq qalacaq, sadəcə idarəetmə müvəqqəti onlara keçəcək.

Startapın qurucusu Kristian Kroll belə deyib:
“Biz Chrome-u almaq istəmirik. Sadəcə idarə etmək istəyirik. Bu həm Google üçün sərfəli, həm də planet üçün faydalı olacaq.”

© copyright 2022 | tech.az | info@tech.az