Özbəkistan Amazon ilə ilkin razılaşma əldə edib və Kuiper Project çərçivəsində peyklə yüksək sürətli internet xidməti göstərməyi planlaşdırır. Bu barədə Özbəkistan Rəqəmsal İnkişaf Nazirliyi məlumat verib.
ABŞ biznes-missiyası çərçivəsində şirkət nümayəndələri ölkəyə səfər edərək nazir Şerzod Şermatov ilə genişzolaqlı internet və rəqəmsal infrastrukturun inkişafı barədə danışıqlar aparıblar. Görüş zamanı Amazon Kuiper Commercial Services ilə nazirlik arasında anlaşma memorandumu imzalanıb.
Amazon Kuiper 2019-cu ildə qeydiyyatsız və ucqar bölgələr də daxil olmaqla, bütün dünyada genişzolaqlı internet təmin etmək məqsədilə təqdim olunub. Xidmət sürəti 400 Mbit/s-dən 1 Gbit/s-ə qədər yüksələ bilər. Şəbəkənin işləməsi üçün plan üzrə 12 yerüstü stansiya istifadə olunacaq.
Özbəkistanda Kuiper peyk internetinin istifadəyə verilməsi rəqəmsal xidmətlərin keyfiyyətini artıracaq və ucqar regionlarda da yüksək sürətli internet təmin edəcək.
Qeyd edək ki, qonşu ölkə Qazaxıstanda artıq SpaceX-in Starlink peyk interneti fəaliyyət göstərir.