Az | EN

Anthropic 3,5 milyard dollar investisiya almağa hazırlaşır

Nigar Sultanli
25 Fevral 2025 10:35
44 baxış
Anthropic 3,5 milyard dollar investisiya almağa hazırlaşır

Məşhur süni intellekt (AI) Anthropic yeni maliyyələşmə mərhələsində 3,5 milyard dollar investisiya əldə etməyə yaxındır. Bu investisiya şirkətin dəyərini 61,5 milyard dollara çatdıracaq. Əvvəlcə Anthropic 2 milyard dollar toplamayı planlaşdırırdı, lakin investorların marağı artmış və bu rəqəm 3,5 milyard dollara qədər yüksəlmişdir.

Yeni maliyyələşmə raundunda Lightspeed Venture Partners, General Catalyst, Bessemer Venture Partners və Əbu-Dabidə yerləşən MGX investisiya şirkətinin iştirak edəcəyi bildirilir. Əgər bu mərhələ tamamlansa, Anthropic-in ümumi cəlb etdiyi investisiya 18 milyard dollara çatacaq.

Şirkət bu həftə yeni süni intellekt modeli – Claude 3.7 Sonnet-i təqdim edib. WSJ-in məlumatına görə, Anthropic-in illik gəliri 1,2 milyard dollara yaxınlaşır, lakin hələ də mənfəət əldə etmir. Şirkət yeni investisiyanı daha güclü və inkişaf etmiş AI texnologiyaları yaratmaq üçün istifadə edəcək.

© copyright 2022 | tech.az | info@tech.az