Az | EN

Apple 4-cü maliyyə rübündə 89,5 milyard dollar gəlir əldə edib

Nail Valiyev
03 Noyabr 2023 12:16
566 baxış
Apple 4-cü maliyyə rübündə 89,5 milyard dollar gəlir əldə edib

İlin 3-cü maliyyə rübündə 81,79 milyard dollar gəlir əldə edən Apple indi 4-cü maliyyə rübünün nəticələrini açıqlayıb. Şirkətin 4-cü rübdə gəliri 89,5 milyard dollar, xalis mənfəəti isə 23 milyard dolları ötüb. 2022-ci ilin eyni dövrü ilə müqayisədə Apple-ın gəlirləri azalsa da, xalis mənfəəti artıb.

Apple-ın gəlirinin böyük bir hissəsi ənənəvi olaraq iPhone satışlarından əldə edilir. 4-cü maliyyə rübündə iPhone satışlarından 43,81 milyard dollar gəlir əldə edilib. Bu, iPhone gəlirlərinin 3 faiz artdığını göstərir. Xidmətlər 22,31 milyard dollar gəlir gətirərək ikinci yeri tutub. Bunlardan sonra geyilə bilən texnologiya, Mac və iPad gəlir.

Apple CEO-su Tim Kuk iPhone 15 modellərinin xüsusilə keçən ilki iPhone 14 ilə müqayisədə daha uğurlu bir sentyabr rübü keçirdiyini ifadə edib. “Apple”ın 2022-ci il üzrə maliyyə nəticələri keçən ilin eyni dövrü ilə müqayisədə gəlirlərin azalmasına baxmayaraq, gəlirli dövr olduğunu göstərir.

© copyright 2022 | tech.az | info@tech.az