Az | EN

“Apple” gələn il divara quraşdırılan ağıllı planşet istehsal edəcək

Röya Yusifbəyli
13 Noyabr 2024 23:46
113 baxış
“Apple” gələn il divara quraşdırılan ağıllı planşet istehsal edəcək

“Apple” şirkəti gələn il süni intellekt ilə işləyən ağıllı ev planşeti istehsal edəcək.2025-ci ilin Mart ayında “iPhone” istehsalçısı divara bərkidilən, digər ağıllı ev əşyalarına nəzarət və video zənglər edən planşet istehsal edəcək. Həmçinin planşet “Apple Intelligence” xüsusiyyətlərinə də sahib olacaq.

Bildirilib ki, cihazın 6 düymlük sensor ekranı var. Planşet “HomePod” qurğusu kimi “Siri”, “Apple Intelligence” və ya süni intellektin cihazları idarə etməsinə imkan verən “App Intents” sistemi vasitəsilə səsli əmrlərlə idarə olunacaq. Böyük ehtimalla cihaz insanların nə qədər yaxınlıqda olduğunu müəyyən edə biləcək yeni əməliyyat sistemi ilə işləyəcək, lakin “Safari”, “Apple Music”, “Notes” və “Calendar” kimi ənənəvi “Apple” proqramları da sistemə əlavə ediləcək.

“Apple”ın “ev üçün vahid idarə mərkəzi” ideyası “Amazon”un “Echo Hub” və “Google”un “Nest Hub” layihələrinə rəqib kimi nəzərdə tutulub, ona görə də yeni planşetin həmin məhsullarla eyni qiymətə sahib olacağı gözlənilir. Bu məbləğ isə təxminən 100-250 dollar arası dəyişir.

“Apple” həmçinin üzərində robot qol yerləşdirilən və otaqda istifadəçini təqib edən “iPad’ üzərində işləyir ki, bunun da qiyməti 1000 dollara yaxın olacaq.

© copyright 2022 | tech.az | info@tech.az