Jurassic adlı günlük yazmaq üçün olan proqram istifadəçilərin günlüyə yazdığı qeydləri analiz edərək onların həm fiziki, həm də mental vəziyyətlərini izləyəcək.
Wall Street Journal-ın yeni hesabatına görə, Apple günlük yazmaq üçün olan bu tətbiqi iOS 17-də təqdim etməyi planlayır. iOS 17 ilə gəlməsi gözlənilən Jurassic istifadəçilərə fərdi tövsiyələr də verəcək. Bu günlük sayəsində iPad və iPhone sahiblərininmental və fiziki sağlamlığı izləniləcək.
“Jurassic” proqramı istifadəçinin qeydlərindən əlavə şəxsi məlumatlarını da analiz edəcək. Məsələn, iş yoldaşlarını və dostlarını tanımaq üçün SMS-ləri izləyəcək. Eyni zamanda, Apple Watch-dakı fitnes proqramından da əldə etdiyi məlumatlarla fiziki sağlamlığı izləməsi daha da asan olacaq.