Az | EN

Apple öz süni intellekt çatbotunu yaradır

Nail Valiyev
20 İyul 2023 12:05
407 baxış
Apple öz süni intellekt çatbotunu yaradır

Apple öz süni intellektini inkişaf etdirərək süni intellekt inqilabına qoşulub. Son hesabatlar göstərir ki, Apple öz süni intellektli çatbotu üzərində işləyir.

Apple öz AI alətini inkişaf etdirir. Alət dəsti "AppleGPT" adlanan əsas dil modeli (LLM) əslində Google-un JAX çərçivəsindən istifadə etməklə qurulub və "Ajax" adlanır. Qeyd edilir ki, layihə üzərində birdən çox komanda çalışıb və məxfiliklə bağlı problemləri həll etmək üçün bir komanda təyin edilib.

Apple-ın bu çatbotla nə edəcəyi hələ məlum deyil. Adı açıqlanmayan mənbənin sözlərinə görə, gələn il daha çox təfərrüatlı rəsmi açıqlama gözlənilir. 

Apple-ın CEO-su Tim Kuk bu yaxınlarda məhsuldar süni intellektin şirkət üçün vacib olduğunu bildirmişdi. Bu məlumatın Tim Kukun açıqlamasından sonra gəlməsi isə diqqət çəkir. Həmçinin bildirilir ki, bu layihəyə Apple şirkətinin süni intellektdən məsul olan Con Giannandrea və proqram mühəndisliyi üzrə baş vitse-prezidenti Craig Federighi rəhbərlik edir. 

© copyright 2022 | tech.az | info@tech.az