Az | EN

Apple smartfon bazarında liderliyini itirib

Nail Valiyev
28 İyul 2023 10:56
321 baxış
Apple smartfon bazarında liderliyini itirib

Canalys tərəfindən dərc edilən hesabata görə Apple Çində smartfon bazarında zirvədən geriləyib. Tədarüklər rübdə 5 faiz azalaraq 67,4 milyondan 64,3 milyon ədədə düşüb. Birinci rübdə lider olan Apple bu rübdə yerini Vivo-ya buraxaraq üçüncü yerə düşüb.

Vivo rübdə 11,4 milyon ədəd tədarük edib ki, bu da Çin bazarının 18 faizini təşkil edir. Bildirilib ki, Vivo rübün əvvəlində Vivo X Flip və Vivo X Fold 2 modellərinin təqdimatı sayəsində ilk yerdə qərarlaşıb. Apple tədarüklərini 5 faiz artıraraq 10,4 milyon ədədə çatdırsa da, üçüncü yerə geriləyərək bazarın 16 faiz payını tutub.

Dördüncü yerdə qərarlaşan Honor 21% ilə tədarüklərdə ən böyük illik azalma yaşayıb və 10,3 milyon smartfon tədarük edib. Xiaomi 19 faiz azalaraq beşinci yerdə qərarlaşıb və ümumilikdə 8,6 milyon telefon tədarük edib.

© copyright 2022 | tech.az | info@tech.az