Az | EN

Apple videoları sıxa bilən süni intellekt əsaslı WaveOne startapını satın alıb

Bənövşə Kazımova
29 Mart 2023 14:26
536 baxış
Apple videoları sıxa bilən süni intellekt əsaslı WaveOne startapını satın alıb

Apple şirkəti süni intellekt əsaslı video sıxma texnologiyası hazırlayan WaveOne startapını satın alıb.

Satınalma ilə bağlı Apple tərəfindən heç bir məlumat paylaşılmasa da, WaveOne-un keçmiş satış rəhbəri Bob Stankosh bir ay əvvəl yayımlanan LinkedIn yazısında şirkətin Apple-a satışının bu ilin əvvəlində tamamlandığını bildirib.

Postda belə qeyd olunub: "WaveOne iki ildən sonra biz şirkətin Apple-a satışını yekunlaşdırdıq. Biz başa düşdük ki, maşın öyrənməsi və dərin öyrənmə video texnologiyası potensial olaraq dünyanı dəyişə bilər. Apple bu potensialı gördü və onu texnologiya portfelinə əlavə etmək fürsətindən istifadə etdi”.

Lubomir Bourdev və Oren Rippel tərəfindən qurulan WaveOne 2016-cı ildən bəri video faylların ölçüsünü azaltmaq üzərində işləyir. Belə ki, startap video sıxılma və deşifrə alqoritmlərini hazırlayır. Bu həllər isə video və ya təsvirin donmasının qarşısını alır. 

Nəzərinizə çatdıraq ki, Apple-ın bu alışda niyyəti Apple TV+ kimi xidmətlərdən istifadə edən istehlakçılara yüksək dəqiqlikli şəkillər və videolar təqdim etmək istəyi ola bilər. Bundan əlavə, WaveOne işçilərinin əksəriyyəti Apple-da işləməyə başlayıb. 

© copyright 2022 | tech.az | info@tech.az