Instagram kanal funksiyasını hər kəs üçün açır. Bu vaxta qədər bu funksiya yanlız müəyyən səhifələr üçün açıq idi.
Instagram yaradıcılara pərəstişkarları ilə birdən çox mesaj paylaşmaq imkanı vermək üçün Kanallar funksiyasını ilk dəfə fevral ayında təqdim etmişdi.
Mark Zukerberq öz kanalını açıq elan edib və International Cricket Council (ICC), rejissor Karen X. Cheng, influenser Michael Le və rəssam Daniel Arsham kimi bir neçə kanalı tövsiyə etib.
İstifadəçilər qoşula biləcəkləri kanalları axtarmaq üçün DM bölməsinə daxil olub “Təklif edilən kanallar” bölməsinə baxa bilərlər. Instagram bildirir ki, bu təkliflər “maraqlarınız, yaradıcılarla qarşılıqlı əlaqəniz və İnstaqramdakı fəaliyyətinizə” əsaslanır.
Qeyd edək ki, Meta bu ayın əvvəlində WhatsApp-da Kanallar funksiyasını da işə salıb. Bununla belə, ilk dəfə Kolumbiya və Sinqapurda seçilmiş tərəfdaşlarla təqdim edilən WhatsApp-dakı Kanalların məqsədi yerli və qlobal hakimiyyət orqanlarına və agentliklərə insanlarla əlaqə yaratmaq üçün platforma verməkdir.