Wccftech nəşrinin verdiyi məlumata görə, şirkət tədarük zəncirindəki asılılığı azaltmaq və öz kompüter istehsalını stabil saxlamaq üçün bu addımı atmağa hazırlaşır.
İstehsal xətlərinin 2026-cı ilin ikinci rübünün sonuna qədər işə salınması gözlənilir. Bu qərarın əsas səbəbi süni intellekt infrastrukturunun sürətli inkişafı nəticəsində yaddaş çiplərinə olan tələbatın kəskin artmasıdır. Counterpoint Research şirkətinin proqnozlarına görə, 2026-cı ilin ortalarına qədər operativ yaddaş qiymətləri 50% bahalaşa bilər. Hazırda əsas istehsalçılar güclərini daha gəlirli olan süni intellekt çiplərinə yönəltdiyi üçün standart kompüter yaddaşlarında ciddi çatışmazlıq yaranıb.
Asus üçün bu layihə kifayət qədər böyük və çətin bir hədəf hesab olunur. Lakin şirkət bu riski böhran şəraitində sağ qalmaq və öz məhsullarının Maya dəyərini qorumaq üçün zəruri hesab edir. Şirkətin ilkin məqsədi satışdan daha çox, öz ehtiyaclarını qarşılamaqdır.
