Az | EN

Avropa Komissiyası Google-u 3 milyard avro məbləğində cərimələyib

Nigar Sultanli
08 Sentyabr 2025 10:59
38 baxış
Avropa Komissiyası Google-u 3 milyard avro məbləğində cərimələyib

Avropa Komissiyası Google şirkətinə qarşı 2.95 milyard avro məbləğində cərimə tətbiq edib. Bu cərimənin əsas səbəbi, şirkətin Avropa İttifaqının inhisarçılığa qarşı qaydalarını pozmasıdır.

Komissiyanın araşdırmasına görə, Google öz bazarındakı gücündən sui-istifadə edərək rəqiblərinə qarşı ədalətsiz davranıb. Belə ki, şirkət öz reklam platformalarından, xüsusən də AdX adlanan alətdən istifadə edərək öz reklam xidmətlərinə qeyri-qanuni üstünlük verib. Bu isə rəqiblərin bazara daxil olmasını çətinləşdirib.

Cərimə ilə yanaşı, Komissiya Google-dan 60 gün ərzində bu ədalətsiz davranışlara son qoymasını tələb edib. Yəni, şirkət öz platformalarında başqalarına üstünlük verməli və öz xidmətlərini fərqləndirməməlidir.

Google isə bu qərardan razı deyil və ona qarşı apellyasiya şikayəti verəcəyini açıqlayıb. Şirkətin nümayəndələri hesab edir ki, onların xidmətləri rəqabətə zidd deyil, əksinə, reklam bazarı daha əlçatan olub.

Bu cərimə Avropa İttifaqının Google-a qarşı tətbiq etdiyi ikinci ən böyük cərimədir.

Maraqlıdır ki, qərar təkcə Google tərəfindən deyil, həm də  Donald Tramp tərəfindən tənqid edilib. Tramp bu cür cərimələri "ədalətsiz" adlandırıb və ABŞ şirkətlərini qorumaq üçün lazımi addımları atacağını bildirib. Bu hadisə həm texnologiya, həm də beynəlxalq siyasət sahəsində ciddi müzakirələrə səbəb olub.

© copyright 2022 | tech.az | info@tech.az