Avropa Kosmik Agentliyinin kosmik gəmisi Yupiterin üç peykində həyatın olub-olmadığını araşdırmaq üçün 13 apreldə yola düşəcəkdi. Lakin missiyanın təxirə salındığı açıqlanıb.
Uçuş üçün olan geri sayım zamanı yaşanan “ildırım təhlükəsi” səbəbiylə uçuşun olmayacağını açıqlayan Avropa Kosmik Agentliyi missiyanın həyata keçiriləcəyi yeni tarixi hələ müəyyən etməyib.
Göndərildikdən sonra 884 milyon kilometrdən çox yol qət edəcək JUICE-nin (Jupiter Icy Moons Explorer) səyahətinin 8 il çəkəcəyi, gəliş tarixinin isə 2031-ci il olacağı açıqlanıb. JUICE-in araşdırması ilə peyklərdə suyun tapılacağına ümid edilir. Kosmik gəminin missiyası Yupiteri və onun okeana ev sahibliyi edən üç peyki olan Qanimed, Kallisto və Avropa-nı yoxlayaraq onlarda yaşamaq üçün şərait olub-olmadığını öyrənməkdir.