Avstraliya təhlükəsizlik baxımından Çin sosial media platforması TikTok-un federal hökumət cihazlarında istifadəsini qadağan edib. Çünki son zamanlar, xüsusilə, gənclər arasında çox yayılan TikTok-un məlumatları Çin hökuməti ilə paylaşdığı bildirilir.
Bu qərar ABŞ, Kanada, İngiltərə və Yeni Zelandiyanın qadağalarla bağlı oxşar addımlar atmasından sonra verilib. Belə ki, Avropa Komissiyasının gətirdiyi qadağadan sonra bir çox ölkələr TikTok-la bağlı qadağalar tətbiq etməyə başlayıb.
İndiyə qədər TikTok-u qadağan edən ölkələr bunlardır: Tayvan, ABŞ, Kanada, Latviya, Danimarka, Belçika, İngiltərə, Şotlandiya, Yeni Zelandiya, Hollandiya, Avstraliya. Son olaraq isə BBC öz işçilərindən proqramı telefonlarından silməyi xahiş edib.