Az | EN

Azərbaycan Çinlə süni intellekt əsaslı maliyyə nəzarətində əməkdaşlığı müzakirə edib

Nigar Sultanli
28 Noyabr 2025 14:34
54 baxış
Azərbaycan Çinlə süni intellekt əsaslı maliyyə nəzarətində əməkdaşlığı müzakirə edib

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfəri çərçivəsində bu ölkənin Milli Maliyyə Tənzimləməsi Administrasiyasının rəhbəri Li Yunze ilə mühüm görüş keçirib. Görüş zamanı tərəflər hər iki ölkənin iqtisadiyyatında aparılan son islahatları, bank və sığorta sektorlarındakı mövcud inkişaf meyillərini, eləcə də risklərin idarə olunması mexanizmlərini ətraflı nəzərdən keçiriblər.

Müzakirələrin əsas hissəsi maliyyə nəzarəti proseslərində müasir texnologiyaların rolu üzərində qurulub. Tərəflər nəzarət mexanizmlərində süni intellektin tətbiqi, sektor üzrə innovativ həllər və yeni yanaşmalar barədə geniş fikir mübadiləsi aparıblar. Sonda hər iki ölkənin maliyyə tənzimləyici qurumları arasında əməkdaşlığın genişləndirilməsinin və qarşılıqlı əlaqələrin dərinləşdirilməsinin prioritet məsələ olduğu vurğulanıb.

© copyright 2022 | tech.az | info@tech.az