Az | EN

Azərbaycan İnvestisiya Şirkəti 2 İsrail startapına investisiya edib - HESABAT

Cəmil Hüseynzadə
11 Yanvar 2024 10:26
1050 baxış
Azərbaycan İnvestisiya Şirkəti 2 İsrail startapına investisiya edib - HESABAT

Azərbaycan İnvestisiya Şirkəti 2023-cü ilin hesabatını təqdim edib. Hesabatda şirkətin sənaye sahələri ilə yanaşı startaplara da investisiya etdiyi görünür. AİŞ ötən ildə 2 İsrail startapına investisiya edib. Ümumilikdə İsrail startaplarına edilən investisiyanın həcmi 2 milyon dollara yaxındır.

Ötən il Azərbaycanda startapların inkişafına dəstək və mentorluq, həmçinin startaplar sahəsində investisiyalara birbaşa çıxışı təmin edən OurCrowd vençur şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan İnnovasiya Şirkəti (AİŞ) ilk dəfə olaraq İsrailin Largix startapına investisiya edib. Əməkdaşlıq çərçivəsində startapa 1 milyon dollar investisiya edilib. Largix soyuq 3D çap texnologiyasından istifadə etməklə polipropilen və polietilendən sənaye məhsullarının istehsalında ixtisaslaşmışdır.

Bundan əlavə, AİŞ elektromobillərin daxili sistemlərini kiberhücumlardan qorumaq üçün etibarlı təhlükəsizlik həllərini təmin edən kibertəhlükəsizlik platformalarının hazırlanmasında ixtisaslaşan İsrailin “C2A Security” startapına 670 min dollar investisiya edib.

© copyright 2022 | tech.az | info@tech.az