Az | EN

Azərbaycan startapı Clopos 800 min dollar investisiya alıb

Cəmil Hüseynzadə
20 İyun 2025 20:17
342 baxış
Azərbaycan startapı Clopos 800 min dollar investisiya alıb

Azərbaycan  startapı Clopos 800 min ABŞ dolları məbləğində investisiya raundunu uğurla başa vurub. Startap bu investisiyanı Caucasus Ventures, Next Business Angels, SABAH.fund, SABAH.angles və White Hill Capital kimi tanınmış investisiya fondlarından əldə edib.

Clopos rəqəmsal həllər təklif edən, xüsusilə POS sistemləri, QR menyu və restoran idarəetməsi sahəsində fəaliyyət göstərən bir texnologiya platformasıdır. Startap restoran və qida sektorunda rəqəmsallaşmanı təşviq etməklə, müəssisələrin əməliyyatlarını daha səmərəli və çevik şəkildə idarə etməsinə şərait yaradır.

Startap təkcə Azərbaycanda deyil, həm də Özbəkistan və Türkiyə kimi beynəlxalq bazarlarda da fəaliyyətini genişləndirib. Clopos-un məhsulları artıq bu ölkələrdə bir sıra restoran və ictimai iaşə müəssisələri tərəfindən aktiv şəkildə istifadə olunur.

İnvestisiya raundunun əsas məqsədi Clopos-un texnoloji imkanlarını genişləndirmək, yeni bazarlara çıxışı sürətləndirmək və məhsulun funksionallığını artırmaqdır. Bu maliyyə dəstəyi startapın beynəlxalq səviyyədə böyüməsinə mühüm təkan verəcək.

Clopos komandası bu uğurun regionda startap ekosisteminin inkişafı baxımından da əhəmiyyətli olduğunu bildirir. Onların sözlərinə görə, Azərbaycandan çıxan texnoloji həllərin regionda və dünya miqyasında rəqabətə davamlı olması üçün bu cür sərmayələr xüsusi rol oynayır.

 

© copyright 2022 | tech.az | info@tech.az