Az | EN

Azərbaycanda GTA 6-nı yükləmək nə qədər vaxt aparacaq?

Cəmil Hüseynzadə
04 Noyabr 2026 11:02
49 baxış
Azərbaycanda GTA 6-nı yükləmək nə qədər vaxt aparacaq?

Rockstar Games-in açıqlamasına əsasən, GTA 6-nın təqdimatı 19 noyabr 2026-cı ildə baş tutacaq. Oyun müxtəlif regionlarda yerli vaxtla gecə saat 00:00-da istifadəyə veriləcək.

PlayStation-un rəsmi bloqunda yayımlanan məlumata görə, GTA 6-nın PS5 versiyası üçün ən azı 212 GB boş yaddaş sahəsi tələb olunur. Rəqəmsal versiyanı əvvəlcədən sifariş edən istifadəçilər isə oyunu 10 noyabrdan etibarən konsollarına yükləyə biləcəklər. Bununla belə, ön yükləmə oyuna vaxtından əvvəl daxil olmaq imkanı verməyəcək.

Azərbaycanda aparılan internet sürəti testində yükləmə sürəti 73,57 Mbps təşkil edib. Bu sürətlə 212 GB həcmində məlumatın ötürülməsi nəzəri olaraq təxminən 6 saat 25 dəqiqə çəkə bilər. Real şəraitdə server məhdudiyyətləri və şəbəkə yüklənməsi səbəbindən bu müddət 7–8 saata qədər uzana bilər.

Qeyd edək ki, 212 GB PlayStation tərəfindən PS5-də tələb olunan boş yaddaş sahəsi kimi göstərilib. Bu göstərici oyunun faktiki yükləmə faylının ölçüsünü təsdiqləmir. Buna görə də 6 saat 25 dəqiqəlik hesablamanı şərti müqayisə kimi qəbul etmək lazımdır.

GTA 6-nın PS5 versiyası üçün ön yükləmə 10 noyabrda başlayacaq, oyunun rəsmi təqdimatı isə 19 noyabrda baş tutacaq.

© copyright 2022 | tech.az | info@tech.az