OpenAI CEO-su Sam Altman kompüterlərdə RAM yaddaşının yerləşdirilməsi ilə bağlı açıqlamasından sonra sosial şəbəkələrdə yumoristik reaksiyalarla qarşılaşıb.
Altman bildirib ki, insanların fərdi kompüterlərində RAM yaddaşının olması məntiqsizdir və bu resursların məlumat mərkəzlərində yerləşdirilməsi daha məqsədəuyğun olardı. O, dünyada RAM təklifinin məhdud olduğunu da vurğulayıb.
Açıqlamadan sonra X platformasının istifadəçilərindən biri əlindəki RAM modullarını it yeməyi kimi yerə səpərək Altmanı platformada paylaşdığı videoda “Buraya gəl” ifadəsi ilə səsləyib.
Hadisəyə yumoristik reaksiya verən Sam Altman isə X hesabındakı adını “RAM Altman” olaraq dəyişib.
Bu dəyişiklik süni intellekt infrastrukturu və yaddaş resurslarına artan tələbat fonunda RAM çatışmazlığı ilə bağlı müzakirələrin sosial şəbəkələrdə necə yumor mövzusuna çevrildiyini göstərir.
