Azərbaycanda oyun sənayesinin inkişafına yönəlmiş ilk akselerasiya proqramı – Xsolla–İRİA Game Accelerator üçün müraciət qəbulu başlayıb. Proqram işlək prototipə (playable build/vertical slice) malik PC oyun studiyaları və inkişaf komandalarına qlobal oyun bazarına çıxış imkanı yaratmağı hədəfləyir.
Akselerasiya proqramına seçilən komandalar hər biri 5 000 ABŞ dolları məbləğində inkişaf qrantı əldə edəcəklər. Bununla yanaşı, iştirakçılar beynəlxalq oyun sənayesi ekspertləri ilə mentorluq sessiyalarına və praktiki vörkşoplara qatılacaq, layihələrinin təqdimatı üçün fərdi pitçinq hazırlığı keçəcəklər.
Proqramın əsas üstünlüklərindən biri seçilmiş komandaların ABŞ-ın San-Fransisko şəhərində keçirilən dünyanın ən böyük oyun sənayesi tədbirlərindən biri olan Game Developers Conference (GDC) çərçivəsində beynəlxalq naşirlər (publishers) və investorlar qarşısında öz layihələrini təqdim etmək imkanı qazanmasıdır.
Təşkilatçılar bildirirlər ki, proqram çərçivəsində hazırlanan oyunların intellektual mülkiyyət hüquqları (IP) tam şəkildə müəlliflərdə qalacaq.
Xsolla–İRİA Game Accelerator proqramına müraciətlərin qəbulu 17 avqust 2026-cı il tarixinədək davam edəcək.
Qeydiyyatdan keç.
