Az | EN

Azərbaycanın İKT sektorunda orta aylıq əməkhaqqı 13 %-ə yaxın artıb

Cəmil Hüseynzadə
16 Sentyabr 2024 10:59
160 baxış
Azərbaycanın İKT sektorunda orta aylıq əməkhaqqı 13 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə sektorunda (İKT) orta aylıq nominal əməkhaqqı 1 704 manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə dövlət sektorunda bu göstərici 1 496 manat, özəl sektorda isə 1 855 manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə İKT sektorunda orta aylıq nominal əməkhaqqı 12,5 %, o cümlədən dövlət sektorunda 16,3 %, özəl sektorunda isə 9,7 % artıb.

Azərbaycanda İKT sektorunda muzdla çalışan işçilərin sayı avqustun 1-nə 33,7 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 3,7 % çoxdur.
Report

© copyright 2022 | tech.az | info@tech.az