Yaponiyanın SoftBank Group şirkəti OpenAI-a əlavə investisiyasını maliyyələşdirmək üçün ümumi $11,15 milyard dəyərində istiqraz satışına başlayıb.
Şirkətin sentyabrın 21-də açıqladığı şərtlərə əsasən, satış $10 milyardlıq və 1 milyard avroluq təminatsız senior istiqrazlardan ibarətdir.
Cəlb olunan vəsaitin SoftBank-ın OpenAI-a investisiyasının üçüncü tranşı üzrə ödəməli olduğu $10 milyardın maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır. Ödənişin oktyabrın 1-də tamamlanması gözlənilir.
Vəsaitin bir hissəsi həmçinin şirkətin ümumi korporativ məqsədləri üçün istifadə ediləcək və OpenAI investisiyası ilə bağlı körpü kreditinin əvəzlənməsinə yönəldiləcək.
İstiqraz satışının sentyabrın 24-də qiymətləndirilməsi, hesablaşmanın isə sentyabrın 29-da həyata keçirilməsi gözlənilir. Satış üzrə əsas təşkilatçılar Citigroup və JPMorgan-dır.
