Az | EN

Azərbaycanın nəhəng investorları Sizlər olacaqsınız

Cəmil Hüseynzadə
23 Oktyabr 2023 10:32
456 baxış
Azərbaycanın nəhəng investorları Sizlər olacaqsınız

Hər keçən gün kompleksləşən dünyada bir çox investisiya alətləri ortaya çıxmışdır. Bunlardan ən yenisi və ən gəlirlisi startaplara investisiyadır. Ənənəvi investisiya alətlərindən fərqli olaraq mələk investisiyaların riskinin yüksək olması ilə yanaşı mənfəəti də yüksək səviyyədədir.

Məqsəd aydındır: sərmayənizi on, hətta yüz dəfə artırmaq.

Diqqət etsəniz, bu günün ən dəyərli şirkətlərindən bir çoxu bir vaxtlar çox ciddiyə alınmayan kiçik startaplar idi. Təsisçiləri və investorları indi dünyanın ən məhşur milyarderləridir.

Mələk İnvestor Məktəbi ölkəmizdə məhz bu insanları ortaya çıxarmaq üçün qurulmuşdur. Bu məktəb ölkəmiz üçün üfiq açan bir konseptdir. Məktəbin missiyası Azərbaycanda startaplara investisiya etmək istəyən investorları lazım olan bilik və anlayışlarla təmin etməkdir. Mələk investorlar ənənəvi investor deyil, risk almağa və eksponensial böyümə arzusunda olan startaplara ildə 3000 ilə 50.000 dollar arasında investisiya qoymağa hazır insanlardır. Məktəbin ilk qrupu Dekabr ayında proqrama start verəcəkdir. Proqram təlimçiləri ABŞ ekspertləridir.

Məktəbin idea müəllifi Fərid İsmayılzadə həm də ölkəmizin ilk Mələk İnvestorlar klubu olan “Technovate-SABAH Mələk investorlar klubu”nun təsisçilərindən biridir.  O sadəcə bir məktəb yox, bir hərəkat yaradır. Fərid İsmayılzadə ölkəmizin ən məşhur ödəniş portalı olan Hesab.az’ın qurucusudur. Hazırda Amerikada yaşayır və bir çox startaplara investisiyaları mövcuddur. Bu sahədə geniş, uzun illərin təcrübəsinə, biliyinə və əlaqələrinə sahibdir.

Onun vizyonu aydındır: Azərbaycanın investisiya mühitini dəyişdirməkdir.

Siz də bu prosesə qoşulmaq və gələcəyə yön verən insanlardan birinə çevrilmək üçün www.angelinvestor.az saytına daxil olub, ətraflı məlumat ala və qeydiyyatdan keçə bilərsiniz.

Kursa qeydiyyat Noyabr ayının 1-inə qədər 255 manatdır. Ödəniş zamanı ‘tech.az’ promo kodunu daxil etməklə daha 10% endirim əldə etmək mümkündür. Həmçinin 1 illik Fərid İsmayılzadənin həm təsisçisi olduğu “Technovate – SABAH Mələk İvestorlar Klubu”na üzvlük və InMerge Innovation Summit”nə 3 bilətdən birini qazanmaq şansı əldə edəcəklər.

© copyright 2022 | tech.az | info@tech.az