Az | EN

Azərbaycanlıların qurduğu startap “Top investment” siyahısında

Cəmil Hüseynzadə
27 Dekabr 2023 10:18
490 baxış
Azərbaycanlıların qurduğu startap “Top investment” siyahısında

Türkiyədə 2023-cü ildə ən çox investisiya alan startapların adları artıq bəllidir. Sevinidirici haldır ki, bu siyahıdı azərbaycanlıların da startapı var. Siyahıda yer alan 9-cu startap Passion Punch-dır. Startap mobil oyunlar tərtibatçısıdır. 

Passion Punch mart ayında 39 milyon dollar dəyərləndirmə ilə 4 milyon dollar investisiya alıb. 4 milyon dollarlıq toxum investisiya raunduna Colendi rəhbərlik etmişdi. İnvestisiya turuna Colendi-dən başqa Turkcell Yeni Texnologiyalar GSYF, Re-Pie Portföy və mələk investorlar qatılıb.

Mobil oyun inkişafı və effektiv hekayələr üçün incəsənət və proqram təminatı sahələrində istedadlı insanları bir araya gətirən Passion Punch, üç illik fəaliyyəti ərzində 200 milyondan çox mobil oyunçuya çatıb.

Hazırda İstanbulda ofisi olan Passion Punch-ın Vüqar Həsəni, Ismayil Hasanov, Afaq P Həsəni və Burak Ökmen tərəfindən təsis edilib. Startapın CEO-su Vüqar Həsənidir.

Siyahı Webrazzi tərəfindən dərc edilib.
 

© copyright 2022 | tech.az | info@tech.az