Az | EN

Azərkosmos 48 ölkəyə $19,8 milyon dəyərində xidmət ixrac edib

Cəmil Hüseynzadə
21 Fevral 2024 11:05
298 baxış
Azərkosmos 48 ölkəyə $19,8 milyon dəyərində xidmət ixrac edib

2023-cü ilin yanvar-dekabr aylarındaAzərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) 19,8 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidməti ixrac etmişdir

Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri sahəsi xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir. 2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 48 ölkəsinə 19,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 45 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. 2023-cü ilin yanvar-dekabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 5,8 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 4,1 milyon ABŞ dolları ilə Lüksemburq, 1,6milyon ABŞ dolları ilə BƏƏ, 1 milyon ABŞ dolları iləAlmaniya və 724,9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb

© copyright 2022 | tech.az | info@tech.az