17 fevral tarixində Bakıda Silkroad Angels Club, Caucasus Ventures və İnnovasiya və Rəqəmsal İnkişaf agentliyinin tərəfdaşklğı ilə təşkil olunan mələk investisiyaya həsr olunmuş eksklüziv tədbir baş tutacaq. Tədbirin məqsədi sahibkarlar və investorların bu sahədə biliklərini artırmaq, qlobal startap və VC bazarındakı ən son trendlərlə tanış olmalarını təmin etməkdir.
Tədbirdə Abay Absamet və Asset Abdualiyev spiker olaraq çıxış edəcəklər.Onlar iştirakçılara Silikon Vadisi investisiya fürsətləri haqqında məlumat əldə etmək və təcrübəli ekspertlərin çıxışlarını dinləmək imkanı verəcəklər.Tədbir investorlar, startap qurucuları, ekosistem oyunçuları və mələk investisiya sahəsinə maraq göstərən şəxslər üçün nəzərdə tutulub.
Tədbirin başlama vaxtı saat 16:00-dadır və iştirak ödənişsizdir. Məkan yalnız qeydiyyatdan keçənlərə bildiriləcək. İştirak etmək istəyənlər bu keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Tədbirdə yer məhdud olduğu üçün erkən qeydiyyat tövsiyə olunur.