12 aprel tarixində Bakıda, Gamesummit-in dəstəyi ilə “IdeaTON” adlı qapalı tədbir baş tutacaq. Bu tədbir TON (The Open Network) blokçeyn ekosistemində fəaliyyət göstərən tərtibatçılar və startap qurucuları üçün nəzərdə tutulub və əsas mövzu süni intellekt agentləri (AI Agents) olacaq.
AI Agents müsabiqəsinin mükafat fondu:
I yer – 750 ABŞ dolları (TON ilə)
II yer – 500 ABŞ dolları
III yer – 250 ABŞ dolları
Tədbirin spikerləri:
Alik Talipov – TON Nest rəhbəri
Aleksey Solovyov – TON Society CIS rəhbəri
Amil Axundov – Gamesummit-in həmtəsisçisi və CBDO-su
Andrey Şvets – TON Studio-da smart-kontrakt tərtibatçısı
Nik Novoselov – Motif və Defrens-in məhsul rəhbəri (CPO)
İlya Flaks – TonTonGames-in CEO-su və təsisçisi
Tarix və vaxt: 12 aprel, saat 13:00 (UTC+4)
Məkan: Atatürk prospekti 89, Bakı, Azərbaycan
Tədbirin dili: Rus dili
Qeydiyyat: Tədbirdə iştirak ödənişsizdir, lakin əvvəlcədən təsdiq tələb olunur
Yerlərin sayı məhduddur – cəmi 60 nəfər!
İştirak qaydaları:
Tədbirə yalnız təşkilatçılardan əvvəlcədən təsdiq almış şəxslər qatıla bilər.
Qeydiyyat üçün Onton platforması üzərindən müraciət etmək lazımdır.
Müraciət zamanı TON blokçeynindəki təcrübənizi və iştirak etdiyiniz layihələri qeyd etmək şansınızı artıracaq.
Tərtibatçılar tədbirə şəxsi noutbukla gəlməlidirlər.
IdeaTON: Baku – süni intellekt və blokçeyn sahəsində innovativ ideyaların paylaşılacağı unikal bir imkan. TON-un biliciləri və gələcəyini formalaşdırmaq istəyənlər üçün əla fürsət!