Tech.az Media-nın dəstəyi ilə Bakıda 3-5 fevral tarixlərində "Global Game Jam" hakatonu keçirilib.
Açılış mərasimində Azərbaycanın aparıcı oyun studiyaları - Dynamic Box Studio, Cool Bears, Darts Games, PolyDream Studio və AzDimension oyunların hazırlanması və oyun hakatonu ilə bağlı təcrübələrini bölüşüblər.
Ümumilikdə 30 komandanın iştirak etdiyi və 48 saat davam edən hakaton komandalar eyni mövzuya aid müxtəlif oyun prototipləri hazırlayıblar. Həmçinin yarış müddətində 80 nəfər aktiv iştirakçıya ekpsertlər tərəfindən mentorluq dəstəyi göstərilib. Hakatonun son günündə isə yerli oyun studiyalarının nümayəndələrinə oflayn şəkildə 16 oyunun prototipi təqdim olunub.
Hakaton ilin müəyyən günlərində dünyanın müxtəlif bölgələrində eyni vaxtda keçirilir. İştirakçılar tədbir sahələrində bir araya gəlir və məhdud vaxtda ideyalar yaradırlar; kiçik komandalar qurur; yaradıcı və innovativ oyunlar inkişaf etdirir; inkişaf etdirdikləri oyunları digər iştirakçılara və beynəlxalq ictimaiyyətə təqdim edirlər. 2013-cü ildən etibarən tədbir Global Game Jam Incorporated tərəfindən təşkil edilir. 2014-cü ilin yanvar ayında GGJ 73 ölkədə 485 fərqli məkanda keçirilmişdi və nəticədə 4289 oyun hazırlanmışdı.
Global Game Jam hər ilə ölkəmizdə Gamepons-un təşkilatçılığı ilə həyata keçirilir. Gamepons Global Game Jam-in ölkə üzrə rəsmi nümayəndəsidir. Qeyd edək ki, "Global Game Jam"in keçirilməsində əsas məqsəd Azərbaycandakı oyun qurucuları cəmiyyətini yaradaraq inkişaf etdirmək və dünyayla birləşdirməkdir.