Az | EN

Balenciaga kriptovalyuta ilə ödəniş qəbul etməyə başlayır

Bənövşə Kazımova
24 May 2022 13:30
198 baxış
Balenciaga kriptovalyuta ilə ödəniş qəbul etməyə başlayır

Son illərdə təqdim etdiyi məhsulları ilə insanların marağ mərkəzində olmaı bacaran Balenciaga kriptovalyuta ilə ödənişləri qəbul edəcəyini açıqlayıb.

Kriptovalyutaların qəbulu artdıqca, bir çox şirkətlər də artıq kriptovalyutanı ödəniş seçimlərinə daxil edir. Kriptovalyuta ilə ödənişi qəbul edən şirkətlərdən biri də artıq Balenciaga-dır. Bildirək ki, Balenciaga-dan əvvəl Gucci şirkəti də kriptovalyuta ilə ödənişi qəbul edəcəyini açıqlamışdı.

Əldə olunan məlumatlara görə, Balenciaga BitPay ilə əməkdaşlıq edərək artıq ABŞ-da Nyu-Yorkdakı Madison Avenue və Rodeo Drive daxil olmaqla, mərkəzi mağazalarında kriptovalyutanı qəbul etməyə başlayıb. Digər tərəfdən, mağazalarda hələlik yalnız Bitcoin (BTC) və Ethereum (ETH) -la ödəniş qəbul edilir. Bu variantların zamanla genişləndiriləcəyi gözlənilir. 

Balenciaganın niyə bu qərarı verdiyi barədə dəqiq məlumat yoxdur. Amma şirkətin bu qərarı almasında son on gündə yaşanan dəyər itkisinin təsirli olduğu ehtimal edilir.

© copyright 2022 | tech.az | info@tech.az