Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri daha bir mühüm uğura imza atıb. BANM-ın “Agroficient” komandası “Startupbootcamp”ın kənd təsərrüfatı akselerasiyası proqramının final mərhələsinə yüksələrək 25,000 avro məbləğində investisiya qazanıb.
Komanda BANM-ın Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Emil Hüseynli və Malik Sultanovdan ibarətdir. “Agroficient” layihəsinin elmi rəhbəri isə BANM-ın İnnovasiya və Tədqiqatlar Mərkəzinin böyük mühəndisi Elmar Əsgərzadədir.
1500-dən çox startapın iştirak etdiyi akselerasiya proqramında yalnız 30 startap seçilib və “Agroficient” komandası da bu uğurlu layihələr arasında yer alıb.