Az | EN

BƏƏ ABŞ-yə 1.4 trilyon dollar dəyərində investisiya edəcək

Nigar Sultanli
24 Mart 2025 16:38
144 baxış
BƏƏ ABŞ-yə 1.4 trilyon dollar dəyərində investisiya edəcək

Birləşmiş Ərəb Əmirlikləri ABŞ-yə 1.4 trilyon dollar investisiya qoyacaq. Bu, Birləşmiş Ərəb Əmirliklərinin ABŞ ilə olan investisiya münasibətlərini daha da dərinləşdirmək məqsədini daşıyan böyük bir addımdır. BAE enerji asılılığını azaltmaq və süni intellekt ilə qabaqcıl texnologiyalar sahəsində qlobal oyunçu olma hədəfi ilə bu investisiyanı həyata keçirəcək. Birləşmiş Ərəb Əmirlikləri hökumətinin yüksək vəzifəli rəsmiləri Donald Tramp ilə apardıqları müzakirələrin ardından ABŞ-yə 10 il ərzində 1.4 trilyon dollar investisiya yatırma qərarı aldıqlarını açıqladılar. Bu investisiya planı Ağ Ev tərəfindən rəsmi olaraq bəyan edilib.

İnvestisiyaların böyük hissəsi artıq bəyan edilmiş layihələrdən ibarət olsa da, bu razılaşma çərçivəsində yeni olan tək layihə, Emirates Global Aluminium şirkətinin ABŞ-də 35 ildən sonra inşa edəcəyi ilk alüminium dökümxanasıdır. Bu zavodun işə düşməsi ilə ABŞ-nin yerli alüminium istehsalı demək olar ki, iki dəfə artacaq. Emirates Global Aluminium-nın nümayəndəsi isə, şirkətin ABŞ-də birincil alüminium istehsalı qurmağı uzun müddətdir strateji məqsədləri arasında gördüklərini bildirib.

Bundan başqa, Abu Dabi Dövlət Fondu (ADQ) ilə ABŞ-nin xüsusi investisiya şirkəti olan Energy Capital Partners arasında 25 milyard dollarlıq birgə təşəbbüs yaradılıb. Bu fonddan enerji infrastrukturu və məlumat mərkəzləri layihələrinə investisiya qoyulacaq.

Birləşmiş Ərəb Əmirliklərinin ABŞ ilə olan investisiya əlaqələrini gücləndirmək səyləri, ölkənin enerji asılılığını azaltmağa və süni intellekt, yüksək texnologiya sahələrində dünya üzrə rəqabətə davamlı olmağa yönəlmişdir. Keçən il BAE-nin dövlət başçısı Şeyx Məhəmməd bin Zayed Al Nahyan, Ağ Evə etdiyi səfər zamanı keçmiş ABŞ prezidenti Co Baydenlə süni intellekt, investisiya və kosmik tədqiqat sahələrində əməkdaşlıq məsələlərini müzakirə etmişdi.

Körfəz bölgəsinin ən böyük investisiyaçilərindən olan Abu Dabi mərkəzli 330 milyard dollarlıq varlıq fondu Mubadala və digər BAE dövlət fondları artıq uzun müddətdir ki, ABŞ-də strateji investisiyalar həyata keçirir. Birləşmiş Ərəb Əmirlikləri ilə olan əlaqələr həm də Donald Tramp və onun ailəsinin bölgə ilə olan iş əlaqələrini gücləndirmişdir. Tramp bu ilin yanvarında ABŞ-yə dörd il ərzində 1 trilyon dollar investisiya qoymaq üçün Səudiyyə Ərəbistanından tələb etmişdi.

Bu investisiya planı, Birləşmiş Ərəb Əmirliklərinin ABŞ ilə strateji iqtisadi əməkdaşlığını daha da dərinləşdirərək hər iki ölkə üçün faydalı nəticələr doğuracaq böyük bir mərhələyə qədəm qoyulmasına işarə edir.

© copyright 2022 | tech.az | info@tech.az