İspaniyanın Milli Tədqiqat Şurası “BOOTES” şəbəkəsi kimi tanınan ilk robot teleskoplar şəbəkəsini tamamlayıb. Bu yaxınlarda tamamlanan "Burst Observer və Optical Transient Exploring System" (BOOTES) İspaniya, Yeni Zelandiya, Çin, Meksika, Cənubi Afrika və Çilidə yerləşən yeddi teleskopdan ibarətdir.
İlk robot teleskoplar şəbəkəsi olan bu sistemin əsas məqsədi böyük miqdarda şüa enerjisi buraxan astrofizik obyektləri tez və avtonom şəkildə müşahidə etməkdir. Sistem həmçinin dünyanın hər yerindən olan alətlərdən alınan məlumatları birləşdirəcək və gecə səmasını tədqiq etməyə kömək edəcək. Bundan əlavə, teleskoplar şəbəkəsi peykləri, kosmik tullantıları, kometləri və asteroidlər kimi obyektləri tez aşkar edə biləcək.
Bildirək ki, 2020-ci ildə bu robot teleskoplar Süd Yolunda qısa radio partlayışlarının mənbəyinin müəyyən edilməsində də çox böyük rol oynayıb.