Az | EN

Binance-a qarşı açılan iddia rədd edilib

Bənövşə Kazımova
02 Aprel 2022 13:30
213 baxış
Binance-a qarşı açılan iddia rədd edilib

Binance rəqəmsal token satışı ilə ABŞ-ın qiymətli kağızlarla bağlı qanunu pozduğu ilə bağlı ona qarşı açılan iddia təmin edilməyib. Belə ki, ABŞ-da dünyanın ən böyük kriptovalyuta birjası olan Binance-ə qarşı açılan məhkəmə prosesi yekunlaşıb. Kriptovalyuta birjasının qeydiyyatdan keçməmiş tokenlərin satışı ilə bağlı qanu pozuntusu ilə açılan iddia hakim tərəfindən rədd edilib 2017-ci ildən Binance-da siyahıda olan EOS, QSP, KNC, TRX, FUN, ICX, OMG, LEND və ELF tokenlərini alan rəqəmsal token investorları investisiyalarının böyük hissəsini itirdikdən sonra kriptovalyuta birjasını məhkəməyə verib. Bildirək ki, ivestorlar iddianın əsas səbəbi kimi Binance-in milyonlarla əməliyyatı düzgün yerinə yetirməməsini və tokenlərin alınmasının riskləri barədə onlara xəbərdarlıq etməməsini göstəriblər.

© copyright 2022 | tech.az | info@tech.az