Binance-ə məxsus blokçeyn şəbəkəsi BNB Chain sındırılıb. Hücum nəticəsində təxminən 100 milyon dollarlıq kibervalyuta oğurlanıb.
Mövu ilə bağlı Twitter-də verilən açıqlamada xakkerin Binance ekosistemindən cəmi 87 milyon dollar dəyərində BNB çıxara bildiyi, oğurlanmış məbləğin təxminən 7 milyon dollara bərabər olan bir hissəsinin Binance Smart Chain-in dayandırılması nəticəsində xakkerin pul kisəsində dondurulduğu və beləliklə də, sistemdə qaldığı açıqlanıb.
Onu da vurğulayaq ki, blockçeyn texnologiyaları ilə bağlı təhlükəsizlik və təhlil işləri ilə məşğul olan PeckShield Binance-a hücumu barədə məlumat verən ilk adlardan biri idi. PeckShield analitikləri ilk olaraq 600 milyon dollarlıq kriptovalyutanın oğurlanmış ola biləcəyi barədə məlumat paylaşılmışdı. Lakin BNB Chain rəhbərliyi bu məlumatı təkzib etmişdi.