Az | EN

Binance Gürcüstanda regional mərkəzi açır

Bənövşə Kazımova
28 Mart 2023 13:58
488 baxış
Binance Gürcüstanda regional mərkəzi açır

Binance 2023-cü ilin sonuna qədər ölkədə yeni mərkəz yaratmağı planlaşdırır.

Platforma martın 26-da ölkədə kriptovalyutaların daha çox mənimsənilməsini təşviq etmək məqsədi daşıyan yeni blokçeyn mərkəzinin bu ilin sonuna doğru açılacağını bildirib. Qeyd edək ki, Binance bu addımı ilə Gürcüstanı kriptovalyuta mərkəzinə çevirməyi, həmçinin bloçeynlə maraqlanan şəxsləri Gürcüstana cəlb etmək, sənaye təhsilini təşviq etmək və regionda daha çox iş imkanları yaratmağı hədəfləyir.

Məlumata görə, platformanın Gürcüstan bölməsinə hazırda təlim və hakaton tədbirlərinin təşkili üçün yerli dövlət və özəl sektorlarla əməkdaşlıq edən 25 nəfər daxildir.

Mövzu ilə bağlı Binance-ın regional direktoru Vladimir Smerkis açıqlama verib: “Gürcüstan regionun ən innovativ ölkələrindən biridir və Binance üçün xəritəmizdə əhəmiyyətli bir yerdir. İndiyədək burada üç icma toplantısı keçirmişik və ümumilikdə 2000-dən çox insan iştirak edib”.

Əlavə edək ki, Binance-ın CEO-su Çanqpenq Tsao ilk dəfə 2022-ci ilin noyabrında Gürcüstana səfər edib. Səfər zamanı o, Gürcüstanın baş naziri İrakli Qaribaşvili və yerli kripto icmaları ilə görüşüb.

Sovet İttifaqının keçmiş üzvü olan Gürcüstan dünyanın kriptovalyutası üçün ən əlverişli ölkələrindən biri kimi qəbul edilir və Gürcüstan hökuməti ölkəni qlobal kriptovalyuta mərkəzinə çevirməyi hədəfləyir. Təkcə Tbilisidə 100-dən çox Bitcoin bankomatı var.

© copyright 2022 | tech.az | info@tech.az