Az | EN

Binance Qazaxıstanda fəaliyyətə başlayıb

Səbinə Eyvazova
22 İyun 2023 10:54
187 baxış
Binance Qazaxıstanda fəaliyyətə başlayıb

Binance yerli platforması Astana Beynəlxalq Maliyyə Mərkəzinin bazasında fəaliyyət göstərir. İstifadəçilər kriptovalyutaları ala və sata, ticarət və konvertasiya edə bilərlər. Balansı doldurmaq və pulu yalnız Qazaxıstanda verilmiş Mastercard kartlarından çıxarmaq mümkündür. Digər ölkə vətəndaşlarının bu xidmətdən istifadə etmələri üçün Qazaxıstanda verilmiş Mastercarda və fərdi identifikasiya nömrəsinə ehtiyacları var. 

Qeyd edək ki, Qazaxıstanda 21 növ kriptovalyuta və token mövcuddur, lakin 2023-cü ilin sonuna qədər bu rəqəmin 100-ə çatdırılması planlaşdırılır.

© copyright 2022 | tech.az | info@tech.az