Kriptovalyuta birjası Binance Avropa İttifaqının (Aİ) sanksiyalarına uyğun olaraq rusların kripvotalyuta əməliyyatlarını 10.000 avro ilə məhdudlaşdırıb. Binance tərəfindən verilən açıqlamada Rusiyada istifadəçilər üçün xidmətlərdə dəyişiklik olduğu bildirilib. Açıqlamada Aİ-nın Rusiyaya qarşı tətbiq etdiyi 5-ci sanksiya paketi çərçivəsində kriptovalyuta əməliyyatlarını da məhdudlaşdırdığını xatırladaraq, Binance-in Rusiya vətəndaşlarına, Rusiyada yaşayan şəxslərə və ya Rusiyada yaşayan hüquqi şəxslərə xidmətlərini 10 min avro ilə məhdudlaşdırdığı qeyd edilib və məhdudiyyət çərçivəsində hesablardan yalnız pulun çıxarılmasının mümkün olduğu vurğulanıb və qeyd olunan hesablara pulun yatırılması və ya ticarətinin aparıla bilməyəcəyi bildirilib. Əlavə olaraq qeyd edək ki, 10 min avro limitindən aşağı əməliyyatların sözügedən məhdudiyyətdən təsirlənməyəcəyi və kripto hesabı balansı 10 min avronu keçən rusiyalı istifadəçilərin 90 gün ərzində hesabların bağlaya biləcəkləri vurğulanıb.