“CoinMarketCap”ın məlumatlarına görə, Bitcoinin qiyməti 30 000 dolları keçib. Sonuncu belə bir artım 10 iyun 2022-ci ildə olub.
Bakı vaxtı ilə saat 06:23-ə olan məlumata görə, kriptovalyutanın dəyəri təxminən 30.3 min dollar təşkil edib. Bildirilir ki, Bitcoin gün ərzində təxminən 7%, həftə ərzində isə 9% bahalaşıb. Ethereum-un dəyəri isə 4% artaraq 1.9 min dollar olub.
Mart ayında ABŞ bank bazarında bir sıra kredit təşkilatlarının müflisləşməsi nəticəsində yaranan problemlər investorların kriptovalyutalara marağını qaytarıb. Mütəxəssislərin fikrincə, tənzimləyicilərin təzyiqi, yeni iflaslar və kriptovalyutaların qiymətli kağız kimi tanınması bazarın gələcək artımını ləngidə bilər.